21 mart 2026. Şənbə

“Messi heç vaxt belə etməyib”


“Messi heç vaxt belə etməyib”

İngiltərə Premyer Liqasının növbəti turunda “Mançester Siti” “Sanderlend”i 3:0 hesabı ilə məğlub edib.  Matçın ən yaddaqalan epizodlarından biri Ryan Çerkinin rabona ilə etdiyi ötürmə oldu – onun qövsvari ötürməsini Fil Foden dəqiq baş zərbəsi ilə qola çevirdi.

90deqiqe.Az-ın məlumatına görə, görüşdən sonra “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola deyib ki, bu cür fəndli hərəkətlər ona hər zaman xoş gəlmir.

“Şerki xüsusi keyfiyyətə malikdir, unikal futbolçudur. Bəzən onu sevirsən, bəzən isə nifrət edirsən. Xüsusilə hücumun son mərhələsində soyuqqanlılıq və xarakter göstərdi. Mən istəyirəm ki, o, keyfiyyətli kros etsin. Əgər rabona ilə edir və ötürmə uğursuz alınırsa – bu, xoşuma gəlmir. Heç vaxt Messinin belə şeylər etdiyini görməmişəm. Tarixin ən yaxşı futbolçusu Messidir və onun gücü sadəlikdədir. Sadə şeyləri mükəmməl edir. Şerki və digər futbolçular bunu anlamalıdır. O hələ çox gəncdir. Belə futbolçularda xarakter olur – heç nədən çəkinmirlər və belə hərəkətlər edirlər”, – deyə Qvardiola "Sky Sports"a bildirib.

 “Mançester Siti” növbəti oyununu 10 dekabrda Çempionlar Liqasında səfərdə “Real”a qarşı keçirəcək.







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər