- İngiltərə P.L.
- 23:46 06.12.2025
İngiltərə Premyer Liqasının 15-ci turunda “Lids Yunayted” doğma meydanda “Liverpul”u qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, “Elland Roud” stadionunda keçirilən görüş 3:3 hesablı bərabərliklə başa çatıb.
48-ci dəqiqədə Uqo Ekitike qonaqları hesabda önə çıxarıb, yalnız iki dəqiqə sonra o, dubla imza atıb. 73-cü dəqiqədə Dominik Kalvert-Lyuin penalti ilə bir qol fərqini azaltıb. 75-ci dəqiqədə Anton Stax hesabı bərabərləşdirib. 80-ci dəqiqədə Dominik Soboslay “qırmızılar”ı önə çıxarıb, lakin 90+6-cı dəqiqədə Ao Tanaka yekun bərabərlik qolunu vurub.
Bu nəticədən sonra “Lids Yunayted” 15 xalla turnir cədvəlində 16-cı pillədə qərarlaşıb, “Liverpul” isə 23 xalla 8-ci yerdədir.
Növbəti turda “paviliyonlar” 14 dekabrda səfərdə “Brentford” ilə qarşılaşacaq, “qırmızılar” isə 13 dekabrda doğma meydanda “Brayton End Houv Albyon”u qəbul edəcək.