16 avqust 2026. Bazar günü

“Amorim çətin vaxtlarda da etimadı doğruldur”


“Amorim çətin vaxtlarda da etimadı doğruldur”

“Mançester Yunayted”in sabiq futbolçusu Patris Evra baş məşqçi Ruben Amorim barədə fikirlərini açıqlayıb.

90deqiqe.Az-ın "Goal.com"a istinadən məlumatına görə, keçmiş futbolçu  vurğulayıb ki, çətin vaxtlarda belə ona etibar edir:

“Amorim klub üçün canını verməyə hazırdır. Mən belə hiss edirəm. O, komandadan öncə klubun maraqlarını qoyur və bəzi keçmiş məşqçilərlə müqayisədə fərqlidir. Ola bilər ki, ona daha çox oyunçu lazımdır. Amma mən inanıram ki, Amorim rəhbərliyin tam dəstəyini alır və bu, çox vacibdir.”

Portuqaliyalı mütəxəssis 2024-cü ilin noyabrında “Mançester Yunayted”in baş məşqçisi təyin olunub. Hazırda Premyer Liqada 15 turdan sonra “Qırmızı şeytanlar” 25 xalla 6-cı sıradadır.







İngiltərə P.L.

“Ümid edirik ki, qalacaq”
  • İngiltərə P.L.
  • 18:10 16.08.2026
“Ümid edirik ki, qalacaq”
“Çelsi” “Real Sosyedad”a qalib gəldi
  • İngiltərə P.L.
  • 22:16 15.08.2026
“Çelsi” “Real Sosyedad”a qalib gəldi