13 dekabr 2025. Şənbə

“Çempion olmaq üçün 90-dan çox xal toplamalıyıq”


“Çempion olmaq üçün 90-dan çox xal toplamalıyıq”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 16-cı turunda “Vulverhempton”la keçiriləcək qarşılaşma öncəsi fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, Arteta bildirib ki, hər bir Premyer Liqa matçında maksimum nəticəyə oynamaq vacibdir:

“Premyer Liqada hər matçda maksimum səviyyədə çıxış etmək lazımdır, xüsusən də xala böyük ehtiyac duyan komandaya qarşı. Onların baş məşqçisini yaxşı tanıyıram və futbolçuları oyuna necə kökləyəcəyini də bilirəm. Biz isə ilk dəqiqədən tam gücümüzlə oynayacağıq. Nə etməli olduğumuzu bilirik. Nəhayət, çempionluğu qazanmaq üçün yəqin ki, 90-dan çox xal toplamaq lazım olacaq və bu da çox matçda qələbə qazanmaq deməkdir. Sabah mütləq üç xal əldə etməliyik”, – deyə ispaniyalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında qeyd edib.

Premyer Liqada 15 turdan sonra “Arsenal” 33 xalla turnir cədvəlinə başçılıq edir. “Vulverhempton” isə 2 xalla son – 20-ci pillədə qərarlaşıb.







İngiltərə P.L.

“Salibanın durumu hələ dəqiqləşməyib”
  • İngiltərə P.L.
  • 22:09 12.12.2025
“Salibanın durumu hələ dəqiqləşməyib”
“Qabriel Xesus satılmayacaq”
  • İngiltərə P.L.
  • 22:05 12.12.2025
“Qabriel Xesus satılmayacaq”
“Salah mənə böyük dəstək olub”
  • İngiltərə P.L.
  • 23:52 11.12.2025
“Salah mənə böyük dəstək olub”