14 may 2026. Cümə axşamı

Enzo Mareska ayın ən yaxşı məşqçisi seçilib


Enzo Mareska ayın ən yaxşı məşqçisi seçilib

“Çelsi”nin baş məşqçisi Enzo Mareska noyabr ayının ən yaxşı çalışdırıcısı adına layiq görülüb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə İngiltərə Premyer Liqasının rəsmi açıqlaması sosial şəbəkə X-də yayımlanıb.

Noyabr ayında “Çelsi” İngiltərə çempionatında dörd oyun keçirib və onlardan üçündə qələbə qazanıb. London təmsilçisi “Tottenhem”i 1:0, “Vulverhempton”u 3:0, “Börnli”ni 2:0 hesabı ilə məğlub edib, həmçinin “Arsenal”la 1:1 hesablı heç-heçə edib.

Enzo Mareska noyabr ayında ən yaxşı məşqçi seçilməsi uğrunda Mikel Arteta (“Arsenal”), Unai Emeri (“Aston Villa”), Xosep Qvardiola (“Mançester Siti”), Fabian Hyrceler (“Brayton”) və Marku Silva (“Fulhem”) ilə mübarizə aparıb.

Hazırda “Çelsi” İngiltərə Premyer Liqasında 15 matçdan sonra 25 xalla 5-ci pillədə qərarlaşıb.







İngiltərə P.L.

 “Arsenal”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 21:37 10.05.2026
“Arsenal”dan çətin qələbə
“Nyukasl” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:40 10.05.2026
“Nyukasl” səfərdə xal itirdi
 “Aston Villa” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:31 10.05.2026
“Aston Villa” səfərdə xal itirdi