24 mart 2026. Çərşənbə axşamı

“Liverpul” evdə “Brayton”a qalib gəldi


“Liverpul” evdə “Brayton”a qalib gəldi

İngiltərə Premyer Liqasının 16-cı turu çərçivəsində “Liverpul” “Brayton”u qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, “Enfild” stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunun baş hakimi Kreyg Pouson olub. Görüşdə hesabı ilk dəqiqədə Uqo Ekitike açıb. 60-cı dəqiqədə isə hücumçu Məhəmməd Salahın ötürməsindən sonra dublunu rəsmiləşdirib.

Bu nəticədən sonra “Liverpul” 26 xalla turnir cədvəlində altıncı pillədə qərarlaşıb. “Brayton end Hov Albion” isə 23 xalla doqquzuncu sıradadır.

Növbəti turda “qırmızılar” dekabrın 20-də səfərdə “Tottenhem Hotspur”la qarşılaşacaq. “Brayton” isə həmin gün öz meydanında “Sanderlend”i qəbul edəcək.







İngiltərə P.L.

“Hazırda danışıqlar yoxdur”
  • İngiltərə P.L.
  • 21:00 23.03.2026
“Hazırda danışıqlar yoxdur”
“Finalda uduzmaq heç nə demək deyil”
  • İngiltərə P.L.
  • 15:49 23.03.2026
“Finalda uduzmaq heç nə demək deyil”
“Tottenhem” evdə darmadağın oldu
  • İngiltərə P.L.
  • 20:26 22.03.2026
“Tottenhem” evdə darmadağın oldu