14 dekabr 2025. Bazar günü

Co Koul Abramoviçin “Çelsi”si barədə danışdı


Co Koul Abramoviçin “Çelsi”si barədə danışdı

“Çelsi”nin sabiq yarımmüdafiəçisi Co Koul London klubunun Roman Abramoviçə məxsus olduğu dövrlə bağlı xatirələrini bölüşüb.

90deqiqe.Az-ın "Daily Mail"ə istinadən məlumatına görə, Koul həmin illərdə mövsümün ən yaxşı futbolçuları üçün nəzərdə tutulan xüsusi təşviqdən danışıb.

“Roman Abramoviçin ‘Çelsi’si futbol dünyasının mərkəzi idi. Sanki futbolda yeni bir güc yaranmışdı və onunla hesablaşmaq lazım gəlirdi.

Mövsümün ən yaxşı futbolçuları onun yaxtasında istirahət etmək hüququ qazanırdı. Con Terri və Frenk Lempard bu fürsətdən yararlanmışdı. 2008-ci ildə Çempionlar Liqasının finalına yüksəldiyimiz mövsümdə ilin futbolçusu seçildim. Lakin yaxtaya düşə bilmədim. Bilmirəm, uşaqlar orada nə etdilər, amma siyasət dəyişdi. Ola bilsin, xalçanı korlamışdılar və ya buna bənzər bir şey baş vermişdi”

Qeyd edək ki, Roman Abramoviç 2003–2022-ci illərdə “Çelsi” klubunun sahibi olub. Bu müddət ərzində komanda 5 dəfə İngiltərə çempionu, 5 dəfə İngiltərə Kubokunun, 3 dəfə İngiltərə Liqa Kubokunun, 2 dəfə isə İngiltərə Superkubokunun qalibi olub.

Bundan əlavə, London təmsilçisi 2 dəfə UEFA Çempionlar Liqasını, 2 dəfə Avropa Liqasını qazanıb, həmçinin UEFA Superkubokuna və klublararası dünya çempionatına sahib çıxıb.

2022-ci ildə Roman Abramoviç Ukraynadakı vəziyyətlə bağlı mümkün sanksiyalar səbəbindən klubu satmaq qərarı verib.







İngiltərə P.L.

Haland Ronaldonu geridə qoydu
  • İngiltərə P.L.
  • 21:53 14.12.2025
Haland Ronaldonu geridə qoydu
“Daha çox qol vura bilərdim”
  • İngiltərə P.L.
  • 21:25 13.12.2025
“Daha çox qol vura bilərdim”
“Liverpul” evdə “Brayton”a qalib gəldi
  • İngiltərə P.L.
  • 21:12 13.12.2025
“Liverpul” evdə “Brayton”a qalib gəldi
“Çelsi” evdə “Everton”u məğlub etdi
  • İngiltərə P.L.
  • 21:10 13.12.2025
“Çelsi” evdə “Everton”u məğlub etdi