17 mart 2026. Çərşənbə axşamı

Mateuş Fernandes Premyer Liqada mövsümün ən sürətli qolunu vurdu


Mateuş Fernandes Premyer Liqada mövsümün ən sürətli qolunu vurdu

“Vest Hem”in yarımmüdafiəçisi Mateuş Fernandes İngiltərə Premyer Liqasının cari mövsümündə ən sürətli qolun müəllifi olub.

90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı futbolçu XVI turun “Aston Villa” ilə görüşündə 29-cu saniyədə fərqlənib. 

Qeyd edək ki, görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, dünən, 13 dekabrda, “Liverpul”un hücumçusu Uqo Ekitike XVI turun “Brayton”la görüşündə 46-cı saniyədə qol vurmuşdu. Mersisayd təmsilçisi evdə 2:0 hesabı ilə qalib gəlmişdi. Fransız hücumçunun qolu APL-2025/2026 mövsümündə ən sürətli qol kimi cəmi 23 saat qalmışdı.

Fernandesin “Aston Villa”ya vurduğu qol onun cari mövsümdə APL-də ikinci qolu olub. 21 yaşlı yarımmüdafiəçi əvvəlki 13 matçda həm qol, həm də məhsuldar ötürmə ilə yadda qalmışdı.







İngiltərə P.L.

Ris Ceyms PSJ qarşısında oynaya bilməyəcək
  • İngiltərə P.L.
  • 22:27 16.03.2026
Ris Ceyms PSJ qarşısında oynaya bilməyəcək