16 avqust 2026. Bazar günü

“Tottenhem” Tomas Frankla bağlı qərarını verdi


“Tottenhem” Tomas Frankla bağlı qərarını verdi

“Tottenhem” bazar günü səfərdə “Nottingem Forest”ə 0:3 hesabı ilə məğlub olub.

90deqiqe.Az-ın "The Athletic"ə istinadən məlumatına görə, oyundan sonra London klubunda komandanın baş məşqçisi Tomas Frankın gələcəyi müzakirə edilib.

Qarşılaşmadan sonra “Tottenhem” rəhbərliyi Franka dəstək nümayiş etdirib. Klub bossları hesab edirlər ki, mütəxəssisə vaxt verilməlidir.

Hazırda “Tottenhem” İngiltərə çempionatının turnir cədvəlində 11-ci pillədə qərarlaşıb. Tomas Frankın komandası növbəti oyununu şənbə günü, dekabrın 20-də “Liverpul”a qarşı keçirəcək.

Qeyd edək ki, Tomas Frank “Tottenhem”in baş məşqçisi postuna yay aylarında təyin olunub. O, bundan əvvəl “Brentford”un sükanı arxasında uğurlu çıxışı ilə diqqət çəkib.







İngiltərə P.L.

“Ümid edirik ki, qalacaq”
  • İngiltərə P.L.
  • 18:10 16.08.2026
“Ümid edirik ki, qalacaq”
“Çelsi” “Real Sosyedad”a qalib gəldi
  • İngiltərə P.L.
  • 22:16 15.08.2026
“Çelsi” “Real Sosyedad”a qalib gəldi