- İngiltərə P.L.
- 23:44 15.12.2025
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim klubun əfsanələrinin komandasına yönələn tənqidlərinə münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, "BBC" çalışdırıcının dediklərini belə çatdırıb.
“Düşünürəm ki, biz kifayət qədər yaxşı deyilik. Daha çox xal toplamalıyıq, xüsusilə bu mövsümdə. Mənim üçün tənqid gözlənilən idi. Amma bəzən onların bütün məlumatı olmur və klubu yalnız öz dövrlərində – hər zaman qalib gələn bir komanda kimi görürlər. Onlar öz klublarını bu vəziyyətdə təsəvvür etməkdə çətinlik çəkirlər. Mən də baş məşqçi kimi kifayət qədər yaxşı deyiləm – bu da faktdır. Onlar üçün yeganə problem “Mançester Yunayted”in qalib gələ bilməməsi və olması lazım olan mövqedə olmamasıdır.”
Qeyd edək ki, hazırda İngiltərə Premyer Liqasında “Mançester Yunayted” 25 xalla 8-ci pillədə qərarlaşıb. Lakin mançesterlilərin bir oyunu qalıb. Bazar ertəsi axşam “Qırmızı şeytanlar” evdə 15-ci pillədəki “Bornmut”la qarşılaşacaq və xallarını 28-ə çatdıraraq 4-cü pillədəki “Çelsi” ilə bərabərləşə bilərlər.