21 mart 2026. Şənbə

“Mançester Yunayted” evdə “Bornmut”la heç-heçə etdi


“Mançester Yunayted” evdə  “Bornmut”la heç-heçə etdi

İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 16-cı turunun sonuncu matçı “Mançester Yunayted” ilə “Bornmut” arasında keçirilib. 

90deqiqe.Az xəbər verir ki, oyun Mançesterin “Old Trafford” stadionunda baş tutub. Hakim Saimon Huper olub. Matç 4:4 hesabı ilə yekunlaşıb.

Oyunun ilk qolunu meydan sahiblərinin hücumçusu Amad Diallo 13-cü dəqiqədə vurub. 40-cı dəqiqədə isə qonaqların forvardı Antuan Semenyo hesabı bərabərləşdirib. İlk yarının sonunda, dəqiqəsi 45+4-də, Kazemiro "Mançester Yunayted"i yenidən irəli çıxarıb.

İkinci yarıda, 46-cı dəqiqədə Evanilson hesabı bərabərləşdirib. 52-ci dəqiqədə isə Markus Taverner “Bornmut”u irəli aparıb. 77-ci və 79-cu dəqiqələrdə Bruno Fernandeş və Matheus Kunya "qırmızı şeytanlar"ı yenidən önə keçiriblər. Lakin 84-cü dəqiqədə qonaqların hücumçusu Eli Krupi sonuncu qolu vuraraq hesabı 4:4 edib.

Bu nəticə ilə “Mançester Yunayted” 26 xalla Premyer Liqada 6-cı sırada yer alır. “Bornmut” isə 21 xalla 13-cü sıradadır. İngiltərə Premyer Liqasını 36 xalla “Arsenal” rəhbərliyini davam etdirir.







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər