31 yanvar 2026. Şənbə

"Mançester Yunayted" mənimlə vidalaşmağa hazır idi"


"Mançester Yunayted" mənimlə vidalaşmağa hazır idi"

"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeş ötən yay klubu onu göndərməyə hazır olduğunu açıqlayıb.

 

90deqiqe.Az xəbər verir ki, "Sport Witness" portuqaliyalı futbolçunun dediklərini belə çatdırıb.

"Klub mənimlə yayda vidalaşmaq istəyirdi və bu, fikirlərimi çox məşğul etdi. Mən bunu rəhbərliklə danışdım, amma onlar sadəcə buna qərar vermək üçün cəsarətli deyildilər. Mən qalmaq qərarına gəldim – əsasən ailəvi səbəblərlə və bu klubu ürəkdən sevdiyim üçün. Məşqçi ilə də danışmaq mənə təsir etdi. Lakin rəhbərlikdən belə bir mesaj almışdım: 'Əgər gedərsən, çox kədərlənməyəcəyik'".

"Bu, mənim üçün çox acıdır. Mən heç bir şeydə tənqid oluna bilmərəm. Həmişə meydana çıxır və tam gücümlə oynayıram. Lakin ətrafıma baxanda görürəm ki, bəziləri klub üçün bu qədər səy göstərmir və onu müdafiə etmir. Bu məni həqiqətən çox kədərləndirir"

Qeyd edək ki, 2025-ci ilin yay transfer pəncərəsində Səudiyyə Ərəbistanına transfer olacağı ilə bağlı xəbərlər olsa da, Fernandeş qalmağı seçib.







İngiltərə P.L.

"Uğurun açarı sabitlikdir"
  • İngiltərə P.L.
  • 22:43 30.01.2026
"Uğurun açarı sabitlikdir"
"Kay Haverts hazırdır"
  • İngiltərə P.L.
  • 22:35 30.01.2026
"Kay Haverts hazırdır"
“Tottenhem” Pedro Porronu itirdi
  • İngiltərə P.L.
  • 11:58 28.01.2026
“Tottenhem” Pedro Porronu itirdi
Qvardiola Natan Akenin satışına qarşıdır
  • İngiltərə P.L.
  • 11:07 28.01.2026
Qvardiola Natan Akenin satışına qarşıdır
"Palmer “Çelsi”də xoşbəxtdir"
  • İngiltərə P.L.
  • 23:52 27.01.2026
"Palmer “Çelsi”də xoşbəxtdir"