21 mart 2026. Şənbə

“Mançester Siti” ötən mövsümün gəlirlərini açıqladı


“Mançester Siti” ötən mövsümün gəlirlərini açıqladı

“Mançester Siti” klubu 2024–2025-ci maliyyə ili üzrə illik hesabatı dərc edib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, hsabatda qeyd olunur ki, ötən mövsüm “şəhərlilər”in gəliri 694,1 milyon funt sterlinq təşkil edib ki, bu da klub tarixində üçüncü ən yüksək göstəricidir. Bununla belə, 2024–2025 mövsümündə “Mançester Siti” heç bir titul qazana bilməyib.

Hesabata əsasən, klubun zərəri 9,9 milyon funt sterlinq olub.

Ötən mövsüm futbolçuların satışından əldə edilən xalis mənfəət 95,2 milyon funt sterlinq təşkil edib ki, bu da əvvəlki mövsümlə müqayisədə 44 milyon funt sterlinq azdır. “Mançester Siti”nin aktivlərinin xalis dəyəri isə 850 milyon funt sterlinqdən çoxdur.

Qeyd edək ki, ötən mövsümün yekunlarına əsasən “şəhərlilər” İngiltərə Premyer Liqasını üçüncü pillədə başa vurublar.







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər