14 yanvar 2026. Çərşənbə

“Arsenal” Timberlə müqaviləni uzatmağa yaxındır


“Arsenal” Timberlə müqaviləni uzatmağa yaxındır

“Arsenal” klubu sağ cinah müdafiəçisi Yurriyen Timberlə yeni müqavilə imzalayacaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Saymon Kollins “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.

“Klub Yurriyen Timberlə yeni müqavilə ilə bağlı razılığın əldə olunacağına inanır. Bildirilir ki, danışıqları aparan Andrea Bertanın rəhbərliyi altında proses uğurla davam edir”, – deyə Kollins qeyd edib.

Xatırladaq ki, Timber cari mövsümdə “Arsenal”ın əsas və əvəzolunmaz futbolçularından biridir. O, rəsmi turnirlərdə 22 oyunda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. 24 yaşlı müdafiəçi artıq üçüncü mövsümdür London təmsilçisinin formasını geyinir.







İngiltərə P.L.

"Dünən gecə yata bilmədim"
  • İngiltərə P.L.
  • 22:33 13.01.2026
"Dünən gecə yata bilmədim"
"Pepin bizim üçün taktiki bir şeyi var"
  • İngiltərə P.L.
  • 22:14 13.01.2026
"Pepin bizim üçün taktiki bir şeyi var"
"O, Anri və Vieyra ilə eyni səviyyədədir"
  • İngiltərə P.L.
  • 19:15 13.01.2026
"O, Anri və Vieyra ilə eyni səviyyədədir"
“Tottenhem”in futbolçusu əməliyyat olundu
  • İngiltərə P.L.
  • 18:01 13.01.2026
“Tottenhem”in futbolçusu əməliyyat olundu