- İngiltərə P.L.
- 23:45 18.12.2025
İngiltərənin “Kristal Pelas” klubunun rəhbərliyi nigeriyalı hücumçu Kriştantus Uçe ilə bağlı qərarını müəyyənləşdirib.
90deqiqe.Az-ın "AS"a istinadən məlumatına görə, Uçe mövsümün sonuna qədər İspaniyanın “Xetafe” klubundan icarəyə götürülüb və ən yaxın yayda yenidən La Liqa təmsilçisinə qayıdacaq. Mənbə bildirir ki, icarə müqaviləsində futbolçunun Premyer Liqada 10 oyuna start heyətində çıxması şərti ilə 18 milyon avro qarşılığında məcburi satınalma maddəsi yer alır.
Mövsümün əvvəlində əsasən ehtiyat oyunçular skamyasında qalan Uçe sonradan Nigeriya millisinə Afrika Millətlər Kuboku üçün dəvət alıb və bu səbəbdən yaxın müddətdə “qartallar”a kömək edə bilməyəcək. Hücumçu ümumilikdə mövsüm ərzində 15 matçda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib (onlardan 3 oyun, 1 qol və 1 assist “Xetafe”nin heyətində qeydə alınıb).