19 dekabr 2025. Cümə

Kay Havertsin qayıdışı gecikir - səbəbi bəlli oldu


Kay Havertsin qayıdışı gecikir   - səbəbi bəlli oldu

“Arsenal”ın hücumçusu Kay Havertsin zədədən sağalma prosesində fəsad baş verib.

90deqiqe.Az-ın "Daily Mail"ə istinadən məlumatına görə,  alman futbolçu noyabr ayında yaşıl meydanlara qayıtmağa çox yaxın olsa da, onda zədənin yenilənməsi müşahidə olunub. Havertsin sıraya dönüşü artıq yanvarın ortalarına planlaşdırılır.

Bu vəziyyət “Arsenal”ın baş məşqçisi Mikel Artetanı təbii ki, məmnun etmir. Kay Haverts uzun müddətdir zədəli futbolçular siyahısındadır – o, cari mövsümün elə ilk oyununda zədələnmişdi.

Qeyd edək ki, “Arsenal” hazırda Premyer Liqaya liderlik edir. Lakin “Mançester Siti” komandası londonlulardan cəmi iki xal geri qalır, “Aston Villa” isə üç xal fərqlə izləyir. “Topçular” növbəti oyununu dekabrın 20-də səfərdə “Everton”a qarşı keçirəcək.







İngiltərə P.L.

Xesus “Arsenal”dan ayrılmaq istəmir
  • İngiltərə P.L.
  • 23:01 18.12.2025
Xesus “Arsenal”dan ayrılmaq istəmir
"Tottenhem" hücumçusunu satmağa hazırdır
  • İngiltərə P.L.
  • 22:47 18.12.2025
"Tottenhem" hücumçusunu satmağa hazırdır
Qomes "Tottenhem"lə oyunu buraxacaq
  • İngiltərə P.L.
  • 16:19 18.12.2025
Qomes "Tottenhem"lə oyunu buraxacaq
“Nyukasl”da ciddi itki
  • İngiltərə P.L.
  • 23:34 16.12.2025
“Nyukasl”da ciddi itki