20 dekabr 2025. Şənbə

Aleksandr İsak İsveçdə ilin ən yaxşı futbolçusu seçildi


Aleksandr İsak İsveçdə ilin ən yaxşı futbolçusu seçildi

İngiltərənin "Liverpul" klubunun hücumçusu Aleksandr İsak İsveçdə ilin ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatına layiq görülüb.

90deqiqe.Az xəbər verir ki, mükafat futbolçuya İsveç Futbol Assosiasiyası ilə “Aftonbladet” qəzetinin birgə əməkdaşlığı çərçivəsində təqdim olunub.

26 yaşlı hücumçu 2025-ci təqvim ilində "Nyukasl","Liverpul" və İsveç milli komandası daxil olmaqla ümumilikdə 42 oyuna çıxıb, 17 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, mükafat uğrunda mübarizədə "Arsenal"ın hücumçusu Viktor Qyökeresi qabaqlayıb.

Qeyd edək ki, Aleksandr İsak bu ilin sentyabrında 145 milyon avro qarşılığında «Nyukasl»dan «Liverpul»a transfer olunub. O, cari mövsüm mersisaydlıların heyətində bütün turnirlərdə 15 matçda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.







İngiltərə P.L.

"Haverts tezliklə komandaya qayıda bilər"
  • İngiltərə P.L.
  • 22:59 19.12.2025
"Haverts tezliklə komandaya qayıda bilər"
Saka "Arsenal" tarixində rekorda imza atacaq
  • İngiltərə P.L.
  • 22:31 19.12.2025
Saka "Arsenal" tarixində rekorda imza atacaq