13 yanvar 2026. Çərşənbə axşamı

Saka "Arsenal" tarixində rekorda imza atacaq


Saka "Arsenal" tarixində rekorda imza atacaq

"Arsenal"ın hücumameyilli yarımmüdafiəçisi Bukayo Saka yaxın vaxtlarda klubla yeni müqavilə imzalayacaq.

90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumatına görə, yeni əmək müqaviləsinin 2031-ci ilin ortalarına qədər nəzərdə tutulması gözlənilir.

Bildirilir ki, Saka "Arsenal" tarixində həftəlik maaşı 300 min avroya çatan ilk futbolçu olacaq. Klubun yetirməsi olan yarımmüdafiəçi əsas komandanın heyətində indiyədək 284 rəsmi oyuna çıxıb, 77 qol vurub və 74 məhsuldar ötürmə edib.

Hazırda"Arsenal" İngiltərə Premyer Liqasının turnir cədvəlində birinci pillədə qərarlaşıb. Transfermarkt portalının məlumatına əsasən, Bukayo Sakanın bazar dəyəri 130 milyon avro təşkil edir.







İngiltərə P.L.

"O, Anri və Vieyra ilə eyni səviyyədədir"
  • İngiltərə P.L.
  • 19:15 13.01.2026
"O, Anri və Vieyra ilə eyni səviyyədədir"
“Tottenhem”in futbolçusu əməliyyat olundu
  • İngiltərə P.L.
  • 18:01 13.01.2026
“Tottenhem”in futbolçusu əməliyyat olundu
“Bu, zəif hakimlik idi”
  • İngiltərə P.L.
  • 23:58 11.01.2026
“Bu, zəif hakimlik idi”