- İngiltərə P.L.
- 23:59 19.12.2025
"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim yarımmüdafiəçi Kobbi Maynunun qardaşının komandanın "Bornmut"la oyunu (4:4) zamanı “Kobbi Maynuya azadlıq” yazılmış futbolkada tribunada görünməsinə münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, "Manchester Evening News" portuqaliyalı çalışdırıcının dediklərini belə çatdırıb.
"Bu problem deyil. Mən buna öyrəşmişəm, artıq bir ildir buradayam və bu, mənim üçün yeni hal deyil. Biz bununla barışmalı olacağıq. Amma ailə üzvlərindən kimsə belə addım atdığına görə Kobbi ilə bağlı hansısa qərar vermək fikrim yoxdur. Hər şey əvvəlki kimi olacaq. Əgər oynamağa hazırdırsa, meydanda olacaq"
Qeyd edək ki, cari mövsümdə Premyer Liqada Kobbi Maynu hələlik heç bir oyuna start heyətində çıxmayıb.