20 dekabr 2025. Şənbə

Donnarumma dünyanın ən yaxşı qapıçısı seçildi


Donnarumma dünyanın ən yaxşı qapıçısı seçildi

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) "Mançester Siti"nin qapıçısı Canluici Donnarummanı 2025-ci ilin ən yaxşı qapıçısı seçib.

90deqiqe.Az xəbər verir ki, italiyalı qolkiper səsvermədə 169 xal toplayaraq Madrid "Real"ının qapıçısı Tibo Kurtua (65 xal) və isveçrəli Yan Sommeri (59 xal) böyük fərqlə qabaqlayıb. İlk beşliyə həmçinin "Bavariya"nın qapıçısı Manuel Noyer (50 xal) və "Arsenal"dan David Raya (40 xal) daxil olub.

Qeyd edək ki, səsvermə IFFHS-in redaksiyası və müxtəlif qitələrdən olan ekspertlərin iştirakı ilə keçirilib.

IFFHS-ə görə 2025-ci ilin ən yaxşı 10 qapıçısı:

  1. Canluici Donnarumma («Mançester Siti», İngiltərə) – 169 xal

  2. Tibo Kurtua («Real», İspaniya) – 65

  3. Yan Sommer («İnter», İtaliya) – 59

  4. Manuel Noyer («Bavariya», Almaniya) – 50

  5. David Raya («Arsenal», İngiltərə) – 40

  6. Alisson Bekker («Liverpul», İngiltərə) – 24

  7. Emiliano Martines («Aston Villa», İngiltərə) – 20

  8. Robert Sançes («Çelsi», İngiltərə) – 15

  9. Cordan Pikford («Everton», İngiltərə) – 14

  10. Yassin Bunu («Əl-Hilal», Səudiyyə Ərəbistanı) – 13







İngiltərə P.L.

"Haverts tezliklə komandaya qayıda bilər"
  • İngiltərə P.L.
  • 22:59 19.12.2025
"Haverts tezliklə komandaya qayıda bilər"
Saka "Arsenal" tarixində rekorda imza atacaq
  • İngiltərə P.L.
  • 22:31 19.12.2025
Saka "Arsenal" tarixində rekorda imza atacaq