16 avqust 2026. Bazar günü

"Mançester Yunayted"in çempionluğu üçün 10 ildən çox vaxt lazım ola bilər"


"Mançester Yunayted"in çempionluğu üçün 10 ildən çox vaxt lazım ola bilər"

"Mançester Yunayted"in keçmiş baş məşqçisi Ser Aleks Ferqyuson klubun hazırkı vəziyyəti ilə bağlı şərh verib.

90deqiqe.Az xəbər verir ki, "The Telegraph" sabiq çalışdırıcının dediklərini belə çatdırıb.

"O [Amorim] çətin vəziyyətdə yaxşı insandır. "Liverpul"un zirvədə olduğu [Mançester Yunayteddə] keçirdiyim vaxtı xatırlayıram. Onlar fantastik bir komanda idilər və dörd dəfə Avropa Kubokunu qazandılar. Amma sonra yenidən liqa qazanmaq üçün 31 il (əslində 30 il - red.) lazım oldu.

"Mançester Yunayted" indi də eyni vəziyyətdədir. 10 və ya 11 il çəkə bilər; bu, bir dövrdür. Biz hər şeyi diqqətlə düşünməli və transfer siyasətimizin əvvəlkindən daha yaxşı olduğundan əmin olmalıyıq"

"Qırmızı şeytanlar" sonuncu dəfə İngiltərə Premyer Liqasını Ferqyusonun rəhbərlik etdiyi 2013-cü ildə qazanıblar.







İngiltərə P.L.

“Ümid edirik ki, qalacaq”
  • İngiltərə P.L.
  • 18:10 16.08.2026
“Ümid edirik ki, qalacaq”
“Çelsi” “Real Sosyedad”a qalib gəldi
  • İngiltərə P.L.
  • 22:16 15.08.2026
“Çelsi” “Real Sosyedad”a qalib gəldi