20 dekabr 2025. Şənbə

"Fernandeş komandamızın nümunəvi oyunçusudur"


"Fernandeş komandamızın nümunəvi oyunçusudur"

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim komanda kapitanı və yarımmüdafiəçi Bruno Fernandeşin verdiyi müsahibəyə münasibət bildirib.

90deqiqe.Az-ın "Manchester Evening News"a istinadən məlumatına görə, Amorim qeyd edib ki, Fernandeş müsahibə vermədən öncə klub rəhbərliyi ilə danışıb və hisslərini bölüşüb:

"Belə situasiyaların qarşısını ala bilərik, çünki artıq nə baş verdiyini bilirik. Brunu bunu rəhbərliklə müzakirə etdi. Mənim bu barədə danışmağım lazım deyil, çünki suallara cavabı özü verməlidir. O, hər məşqdə və hər oyunda maksimumunu verən nümunəvi oyunçudur və komandamız da onun motivasiyasını hiss etməlidir"

Amorim əlavə edib ki, Fernandeş komanda üçün örnəkdir və onun əzmi bütün oyunçular üçün stimul olmalıdır.

Fernandeş keçən yay klub tərəfindən satılmaq istənilməsinə görə narazılığını ifadə etmişdi.







İngiltərə P.L.

"Haverts tezliklə komandaya qayıda bilər"
  • İngiltərə P.L.
  • 22:59 19.12.2025
"Haverts tezliklə komandaya qayıda bilər"
Saka "Arsenal" tarixində rekorda imza atacaq
  • İngiltərə P.L.
  • 22:31 19.12.2025
Saka "Arsenal" tarixində rekorda imza atacaq