20 mart 2026. Cümə

"Salahın durumu diqqətimizi yayındırmamalıdır"


"Salahın durumu diqqətimizi yayındırmamalıdır"

"Liverpul"un baş məşqçisi Arne Slot 17-ci turun oyununda "Tottenhem"lə matç öncəsi hücumçu Məhəmməd Salah haqqında danışıb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırıcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

"Keçən həftə qeyd etdim ki, işlər sözlərdən daha səmərəlidir. Biz irəliləmişik. O, "Brayton"la oyunda heyətdə idi və mən ilk dəyişiklik olaraq onu oyuna daxil etdim. İndi Məhəmməd Afrika Millətlər Kubokundadır, vacib oyunlar oynayır – həm özü, həm də ölkəsi üçün. Həm biz, həm də o üçün çox önəmli oyunlar var, ona görə diqqəti özümüzə yönəltmək lazımdır. Klubdakı vəziyyəti ilə bağlı sözlərim səbəbindən heç bir diqqət yayındırıcı olmamalıdır"

Salah hazırda Misir yığmasında çıxış edir. Misir komandası Afrika Millətlər Kubokunda B qrupunda Cənubi Afrika, Anqola və Zimbabve ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl Arne Slot futbolçunu klubdakı vəziyyətinə görə tənqidi açıqlamaları səbəbindən heyətdən kənarlaşdırmışdı.







İngiltərə P.L.

"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər