- İngiltərə P.L.
- 23:59 19.12.2025
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola klubdan mövsümün sonunda ayrılacağı barədə yayılan məlumatlara münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, "Manchester Evening News" çalışdırıcının dediklərini belə çatdırıb.
“Son üç-dörd il ərzində bu sual hər zaman mənə verilir. Tez-tez, bəlkə 75-76 yaşımda, ‘Siti’dən ayrılacağam. Bu sualı başa düşürəm, amma mənim hələ 18 aylıq müqaviləm var və bundan çox məmnunam. Hər mövsüm bu sualı verirlər, mən buna hazırıq.
Nə baş verməli olacaqsa, olacaq, klub hər şeyə hazır olmalıdır, amma indilik bu mövzu müzakirə edilmir. Müqaviləm 10 il olsa da, yarım il olsa da, futbol daim dəyişir. İndi diqqətimi ‘Vest Hem’lə matça yönəldmişəm, sonra bir neçə gün atamla qolf oynayacağam”
Daha əvvəl onun yerinə "Çelsi"dən ayrılacağı gözlənilən Enzo Mareska namizəd göstərilmişdi.
54 yaşlı mütəxəssis 2016-cı ildən "Mançester Siti"nin baş məşqçisidir. Onun müqaviləsi 2026/2027 mövsümünün sonuna qədərdir.