14 may 2026. Cümə axşamı

“Çelsi” “Nyukasl"la heç-heçə etdi


 “Çelsi” “Nyukasl"la heç-heçə etdi

İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün XVII turu çərçivəsində “Nyukasl Yunayted” və “Çelsi” komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, “Sent-Ceyms Park” stadionunda (Nyukasl-apon-Tayn, İngiltərə) keçirilən qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb. 

Matçda hesab erkən açılıb. Görüşün 4-cü dəqiqəsində “Nyukasl”ın hücumçusu Nik Völtemade fərqlənib. 20-ci dəqiqədə isə o, dubla imza ataraq meydan sahiblərinin üstünlüyünü artırıb.

İkinci hissədə “Çelsi” oyunun gedişatını dəyişməyi bacarıb. 49-cu dəqiqədə müdafiəçi Riss Ceyms cərimə zərbəsindən dəqiq zərbə endirərək fərqi azaldıb. 66-cı dəqiqədə isə qonaqların hücumçusu Joao Pedro hesabı bərabərləşdirib.

Bu nəticədən sonra “Çelsi” 17 turdan sonra 29 xalla Premyer Liqanın turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. London təmsilçisinin lider “Arsenal”dan geri qalması 7 xaldır, lakin “topçular”ın ehtiyat oyunu var. “Nyukasl” isə 23 xalla 11-ci sırada yer alır.







İngiltərə P.L.

 “Arsenal”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 21:37 10.05.2026
“Arsenal”dan çətin qələbə
“Nyukasl” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:40 10.05.2026
“Nyukasl” səfərdə xal itirdi
 “Aston Villa” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:31 10.05.2026
“Aston Villa” səfərdə xal itirdi