14 yanvar 2026. Çərşənbə

“Bu oyunda istənilən rəqibi məğlub edə biləcəyimizi göstərdik”


“Bu oyunda istənilən rəqibi məğlub edə biləcəyimizi göstərdik”

İngiltərə Premyer Liqasında “Nyukasl” və “Çelsi” arasında keçirilən və 2:2 hesabı ilə yekunlaşan oyundan sonra meydan sahiblərinin hücumçusu Nik Voltemade matçla bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "TNT Sports" alman futbolçunun dediklərini belə çatdırıb.

“Yaxşı deyil. Biz birinci hissəni möhtəşəm keçirdik — yüksək enerji, yaxşı pressinq vardı. İkinci hissədə də pis oynamadıq, sadəcə bəxtimiz gətirmədi. Adətən qol buraxmadığımız epizodlarda iki qol buraxdıq. Birinci hissədəki oyunumuza baxsaq, demək olar ki, istənilən komandanı məğlub edə bilərik.

Keçən turdakı avtoqoldan sonra bu oyunda dubl etməyimə gəlincə, ötən həftə və həmin matç mənim üçün uğursuz alındı. Liqa Kuboku oyununda azarkeşlərin məni dəstəkləməsi çox vacib idi. Bu gün yaxşı oyun göstərmək istəyirdim və düşünürəm ki, buna nail oldum. Azarkeşlərə təşəkkür edirəm”

Qeyd edək ki, “Nyukasl” hazırda Premyer Liqanın turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.







İngiltərə P.L.

“Kay Haverts əla formada geri döndü”
  • İngiltərə P.L.
  • 21:20 14.01.2026
“Kay Haverts əla formada geri döndü”
"Biz bəzi şeylərdə çox yaxşıyıq"
  • İngiltərə P.L.
  • 20:28 14.01.2026
"Biz bəzi şeylərdə çox yaxşıyıq"
"Birlikdə çox gözəl vaxt keçirdik"
  • İngiltərə P.L.
  • 20:09 14.01.2026
"Birlikdə çox gözəl vaxt keçirdik"
"Dünən gecə yata bilmədim"
  • İngiltərə P.L.
  • 22:33 13.01.2026
"Dünən gecə yata bilmədim"
"Pepin bizim üçün taktiki bir şeyi var"
  • İngiltərə P.L.
  • 22:14 13.01.2026
"Pepin bizim üçün taktiki bir şeyi var"