- İngiltərə P.L.
- 22:15 20.12.2025
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola klubdan mümkün gedişi barədə açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrisio Romano çalışdırıcının dediklərini belə çatdırıb.
“Məncə, “Mançester Siti” növbəti baş məşqçiyə hazır olmalıdır. Mən bir az qəribə adamam və ola bilər ki, bir səhər yuxudan durub ‘Mən gedirəm, çao-çao!’ deyim. Rəhbərlik buna hazır olmalıdır. Amma bu, o demək deyil ki, mən artıq gedirəm”
Qeyd edək ki, ispan mütəxəssis 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir. Onun “şəhərlilər”lə mövcud müqaviləsi 2026/27 mövsümünün sonuna qədər qüvvədədir. Qvardiola karyerası ərzində heç bir klubda bu qədər uzun müddət çalışmayıb.
Hazırda “Mançester Siti” Premyer Liqada 16 turdan sonra 34 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.