18 mart 2026. Çərşənbə

“Mançester Siti” evdə “Vest Hem”i məğlub etdi


“Mançester Siti” evdə “Vest Hem”i məğlub etdi

İngiltərə Premyer Liqasının 17-ci turunda “Mançester Siti” evdə “Vest Hem”i qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, “Etihad” stadionunda baş tutan matç ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Şəhərlilər”in hücumçusu Erlinq Haland 6-cı dəqiqədə hesabı açıb. 39-cu dəqiqədə yarımmüdafiəçi Teyani Reynders ikinci qolu vurub, Holand isə 69-cu dəqiqədə fərqlənərək dubla imza atıb.

17 turdan sonra “Mançester Siti”nin aktivində 37 xal var və komanda turnir cədvəlinin lideridir. “Vest Hem” isə 13 xalla 18-ci pillədə qərarlaşıb.

Növbəti turda “Mançester Siti” 27 dekabrda “Nottingem Forest” ilə qarşılaşacaq, “Vest Hem” isə eyni gün “Fulhem”lə üz-üzə gələcək.







İngiltərə P.L.

"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər
Ris Ceyms PSJ qarşısında oynaya bilməyəcək
  • İngiltərə P.L.
  • 22:27 16.03.2026
Ris Ceyms PSJ qarşısında oynaya bilməyəcək