- İngiltərə P.L.
- 23:43 20.12.2025
“Vest Hem”in baş məşqçisi Nunu Eşpiritu-Santu İngiltərə Premyer Liqasının “Mançester Siti”yə qarşı 0:3 hesablı məğlubiyyətdən sonra fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "Sky Sports" çalışdırıcının dediklərini belə çatdırıb.
“İkinci yarını daha yaxşı keçirdik, xüsusilə onun başlanğıcı yaxşı idi. İlk yarı o qədər də uğurlu olmadı. Oyuna pis başladıq – rəqib qol vurdu və oyunu tam nəzarət altında saxladı. İkinci yarı daha yaxşı keçdi, lakin planladığımız imkanları tam reallaşdıra bilmədik. Belə tez qola görə oyun daha da çətinləşir. Bu oyunu diqqətlə analiz etməliyik”
Qeyd edək ki, “Vest Hem” hazırda Premyer Liqa cədvəlində 18-ci pillədə yer alır və çıxış etdiyi zona çıxış təhlükəsi altındadır.