- İngiltərə P.L.
- 16:15 21.12.2025
“Tottenhem”in baş məşqçisi Tomas Frank İngiltərə Premyer Liqasının XVII turunda “Liverpul”a qarşı keçirilən oyundan (1:2) sonra hakimliklə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis komandasının çıxışından qürur duyduğunu bildirib.
“İlk növbədə futbolçularımla və komandamla fəxr edirəm. Oyunçular çətinliklərə necə reaksiya vermək üzərində çox çalışıblar və bu gün də bu cür məqamlar az olmadı.
Düşünürəm ki, matça ilk 30 dəqiqədə yaxşı başladıq. Daha sonra qırmızı vərəqə ilə üzləşdik. Bu cür qərarları əvvəllər də görmüşəm və yenə də hesab edirəm ki, bu, düzgün qərar deyildi. Komanda toparlandı, yaxşı müdafiə olundu və ikinci hissədə mübarizəni davam etdirdi. Ardınca matçın hakimi meydanda daha bir ciddi səhvə yol verdi. Düşündüm ki, şükürlər olsun VAR var və bizi xilas edəcəklər, amma bu baş vermədi. Bu, ikinci səhv idi.
Buna baxmayaraq, oyunda qaldıq və mübarizəni davam etdirdik. Gözəl qol vurduq, lakin sonradan Kristian Romeronun qırmızı vərəqə alması ilə üzləşdik. Ümumilikdə isə matçdan sonra ən güclü hissim qürurdur”, – deyə Tomas Frankın sözlərini "Sky Sports" sitat gətirib.
Qeyd edək ki, 17 turdan sonra “Tottenhem” 22 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.