21 dekabr 2025. Bazar günü

“Bu, qəsdən deyildi”


“Bu, qəsdən deyildi”

"Tottenhem"in yarımmüdafiəçisi Xavi Simons İngiltərə Premyer Liqasının XVII turunda “Liverpul”a qarşı keçirilən oyunda komanda yoldaşı Vircil van Deykə qarşı etdiyi kobudluğa görə üzr istəyib.

90deqiqe.Az-ın məlumatına görə, niderlandlı futbolçu bu barədə şəxsi sosial şəbəkə hesabında yazıb.

“Belə hallar futbolun bir hissəsidir. Vircil mənim kapitanımdır və ona, yaxud kiməsə qəsdən zərər vermək fikrim heç vaxt olmayıb. ‘Tottenhem’dəki komanda yoldaşlarıma, baş məşqçimə və azarkeşlərə müraciət edirəm: məsuliyyəti üzərimə götürürəm və baş verənlərə görə doğrudan da üzgünəm”

Qeyd edək ki, Xavi Simons 33-cü dəqiqədə van Deykə qarşı sərt müdaxiləyə görə birbaşa qırmızı vərəqə alıb. “Liverpul”un heyətində qolları Uqo Ekitike və Aleksander İsak vurub. “Tottenhem”in yeganə qolunun müəllifi isə braziliyalı hücumçu Rişarlison olub.







İngiltərə P.L.

“Bu, qəsdən deyildi”
  • İngiltərə P.L.
  • 15:30 21.12.2025
“Bu, qəsdən deyildi”
“Bu qərarlar oyunun taleyini dəyişdi”
  • İngiltərə P.L.
  • 15:19 21.12.2025
“Bu qərarlar oyunun taleyini dəyişdi”
“Ceyms möhtəşəm oyun göstərdi”
  • İngiltərə P.L.
  • 22:15 20.12.2025
“Ceyms möhtəşəm oyun göstərdi”
“İkinci yarıda yaxşı oynadıq, amma..."
  • İngiltərə P.L.
  • 22:00 20.12.2025
“İkinci yarıda yaxşı oynadıq, amma..."