- İngiltərə P.L.
- 16:15 21.12.2025
İngiltərə Premyer Liqasının 17-ci turunda “Arsenal” səfərdə “Everton”u minimal hesabla 1:0 məğlub edib.
90deqiqe.Az-ın məlumatına görə, London klubunun mərakeş əsilli isveçli hücumçusu Viktor Qyökeres oyundan sonra jurnalistlərə açıqlama verib.
“Həmişə meydanda maksimum gücümü sərf etməyə çalışıram. Komandanın oyun sistemini öyrənmək, sonra isə bu rolun içində uyğunlaşmaq vacibdir. Biz kifayət qədər yaxşı oynayırıq, Premyer Liqa və Çempionlar Liqasında mövqelərimiz yaxşıdır, eyni ruhda davam etməliyik”
Qeyd edək ki, sözügedən oyunda yeganə qolu penalti ilə Viktor Qyökeres vurub.