22 dekabr 2025. Bazar ertəsi

"Aston Villa" Premyer Liqada son 11 oyununda qələbə qazanıb


"Aston Villa" Premyer Liqada son 11 oyununda qələbə qazanıb

İngiltərə Premyer Liqasının XVII turu çərçivəsində keçirilən oyunda “Aston Villa” doğma meydanda “Mançester Yunayted” üzərində 2:1 hesablı qələbə qazanıb.

90deqiqe.Az xəbər verir ki, bu nəticə Birmingem təmsilçisi üçün cari Premyer Liqa mövsümündə son 12 oyunun 11-ci qələbəsi olub. Unai Emerinin rəhbərlik etdiyi komanda son turlarda yüksək forma nümayiş etdirir.

“Villanlar”ın uğurlu seriyası Premyer Liqanın VI turunda “Fulhem” üzərində 3:1 hesablı qələbə ilə başlayıb. Ardınca “Börnli” (2:1), “Tottenhem Hotspur” (2:1) və “Mançester Siti” (1:0) məğlub edilib. Daha sonra komanda “Liverpul”a 0:2 hesabı ilə uduzsa da, növbəti turlarda ardıcıl qələbələr əldə edib — “Bornmut” (4:0), “Lids Yunayted” (2:1), “Vulverhempton” (1:0), “Brayton end Houv Albion” (4:3), “Arsenal” (2:1) və “Vest Hem Yunayted” (3:2). Bu seriya “Mançester Yunayted” üzərində qazanılan qələbə ilə daha da möhkəmlənib.

Hazırda 36 xala malik “Aston Villa” Premyer Liqanın turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.

Birmingem klubu növbəti turda, 27 dekabr tarixində səfərdə “Çelsi” ilə qarşılaşacaq.







İngiltərə P.L.

“Bu, qəsdən deyildi”
  • İngiltərə P.L.
  • 15:30 21.12.2025
“Bu, qəsdən deyildi”
“Bu qərarlar oyunun taleyini dəyişdi”
  • İngiltərə P.L.
  • 15:19 21.12.2025
“Bu qərarlar oyunun taleyini dəyişdi”
“Ceyms möhtəşəm oyun göstərdi”
  • İngiltərə P.L.
  • 22:15 20.12.2025
“Ceyms möhtəşəm oyun göstərdi”
“İkinci yarıda yaxşı oynadıq, amma..."
  • İngiltərə P.L.
  • 22:00 20.12.2025
“İkinci yarıda yaxşı oynadıq, amma..."