23 dekabr 2025. Çərşənbə axşamı

“Liverpul”dan Aleksander İsakın zədəsi ilə bağlı rəsmi açıqlama


“Liverpul”dan Aleksander İsakın zədəsi ilə bağlı rəsmi açıqlama

İngiltərənin “Liverpul” klubu hücumçusu Aleksander İsakın zədəsi ilə bağlı açıqlama yayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu bu gün uğurla əməliyyat olunub. Müayinələr zamanı futbolçunun topuq nahiyəsində, kiçik baldır sümüyünün sınığını əhatə edən zədə aşkar edilib.

Bildirilib ki, hücumçunun reabilitasiya prosesi klubun məşq mərkəzində davam edəcək. Onun meydana qayıdış vaxtı hələlik müəyyənləşməyib.

İsveçli futbolçu İngiltərə Premyer Liqasının 17-ci turunda “Tottenhem”ə qarşı keçirilən və 2:1 hesablı qələbə ilə yekunlaşan oyunda xəsarət alıb. O, görüşün 56-cı dəqiqəsində qol vurub, lakin 60-cı dəqiqədə zədə səbəbindən əvəzlənib.







İngiltərə P.L.