- İngiltərə P.L.
- 11:55 23.12.2025
“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi İngiltərə Premyer Liqasında çempionluq mübarizəsi aparacaq komandalar barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, Runi bildirib ki, hazırkı mərhələdə turnir cədvəlinin zirvəsində əsas mübarizəni “Arsenal” və “Mançester Siti” aparacaq. Onun sözlərinə görə, “Liverpul”u da tam siyahıdan çıxarmaq olmaz:
“Hazırda elə görünür ki, məhz ‘Arsenal’ və ‘Mançester Siti’ zirvədə irəliləyə biləcək iki komandadır. Amma ‘Liverpul’u da heç vaxt siyahıdan silmək olmaz. Əgər ardıcıl qələbələr qazansalar, yenidən iddialı ola bilərlər. Düşünürəm ki, çempionluq yarışı iki lider arasında gedəcək. ‘Aston Villa’ çox yaxşı çıxış edir, lakin titul mübarizəsində əsas söz sahibləri ‘Arsenal’ və ‘Siti’ olacaq”.
Qeyd edək ki, hazırda Premyer Liqanın turnir cədvəlinə 39 xalla “Arsenal” başçılıq edir. “Mançester Siti” 37 xalla ikinci, “Aston Villa” isə 36 xalla üçüncü pillədə qərarlaşıb.