23 dekabr 2025. Çərşənbə axşamı

Slot İsakın zədəsindən danışdı


Slot İsakın zədəsindən danışdı

“Liverpul”un baş məşqçisi Arne Slot, hücumçu Aleksandr İsakın “Tottenhem”lə oyunda aldığı ciddi zədə barədə danışıb. 

90deqiqe.Az xəbər verir ki, "Sky Sports" niderlandlı çalışdırıcının dediklərini belə çatdırıb.

“O, çox uzun müddət, təxminən bir neçə ay kənarda qalacaq. Bu, həm onun, həm də bizim üçün böyük bir məyusluqdur. Məncə, həmin müdaxilə çox təhlükəli idi. Daha əvvəl Xavi Simonsun Vircil van Deykə qarşı etdiyi hərəkət barədə danışmışdım, amma burada söhbət qəsdən edilən bir müdaxilədən getmir. Bu cür bir fola zədə almaq çətin olardı. Amma Van de Ven məsələsində isə belə bir müdaxilənin 10 dəfə təkrarlanması ciddi zədələrə səbəb ola bilərdi”

Qeyd edək ki, isveçli futbolçu 2:1 hesabı ilə başa çatan qarşılaşmada qol vuraraq, zədələnib. Onun sağ ayağında kiçik qıç sümüyü sınıb.







İngiltərə P.L.

Slot İsakın zədəsindən danışdı
  • İngiltərə P.L.
  • 15:22 23.12.2025
Slot İsakın zədəsindən danışdı