- İngiltərə P.L.
- 21:09 23.12.2025
“Kristal Pelas”ın baş məşqçisi Oliver Qlasner İngiltərə Liqa Kubokunun 1/4 final mərhələsində “Arsenal”a qarşı keçiriləcək oyundan öncə danışıb.
90deqiqe.Az-ın məlumatına görə, çalışdırıcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.
“Kubok turnirləri həmişə qazanmaq və ya itirmək situasiyasıdır və bəli, bu böyük imkan deməkdir. Biz bilirik, kimlə oynayacağıq. Bir neçə həftə əvvəl onlarla görüşdük və standart vəziyyətdən qol buraxaraq uduzduq. Belə komandalarla oynayarkən oyunun hər fazasında yüksək səviyyədə olmalısan, bu isə bizim üçün böyük çağırışdır. Bu, həmçinin bizə yeni imkan deməkdir.”
Baş məşqçi əlavə edib:
“Biz dörd turnirdə iştirak edirik. Buna şikayət etmək lazım deyil. Biz qalib gəlmək istəyirik. Bu, Kubokda ən azı iki oyun daha deməkdir. Futbolçular mənə demirlər ki, uduzmaq istəyirlər – buna görə də biz qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.”
Qlasner hesab edir ki, bu görüş əvvəlki “Lids” matçından fərqli olacaq:
“Arsenal"a qarşı standart vəziyyətlər olacaq. Bilirəm ki, onlara qarşı müdafiədə daha yaxşı çıxış edə bilərik. Bu, mənim və məşqçi heyətimin üzərinə düşən məsuliyyətdir.”
Qeyd edək ki, matç bu gün Bakı vaxtı ilə saat 00:00 başlayacaq.