- İngiltərə P.L.
- 17:23 24.12.2025
“Arsenal” klubunun baş məşqçisi Mikel Arteta İngiltərə Liqa Kubokunun 1/4 final mərhələsində “Kristal Pelas”a qarşı keçirilən oyunda hücumçu Qabriel Xesusun çıxışı barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, çalışdırıcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.
“Çox sevincliyəm. Düşünürəm ki, bu gün onun ‘Arsenal’dakı 100-cü oyunu idi. Bu, onun keçdiyi yolu çox yaxşı ifadə edir. Bu müddət ərzində çoxlu çətinliklər yaşadı. Lakin o, inanılmaz dözümlülüyə, mübarizə və güclü xarakterə malik futbolçudur. 11 aylıq fasilədən sonra belə bir oyun nümayiş etdirməsi əladır. Onun geri dönüşü həqiqətən möhtəşəmdir”
Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə “Arsenal” 8:7 hesabı ilə qələbə qazanıb. “Topçular” 80-ci dəqiqədə rəqibin avtoqolu sayəsində hesabda önə keçsələr də, 90+5-ci dəqiqədə buraxılan qolla üstünlüyü əldən veriblər.