14 yanvar 2026. Çərşənbə

“Penaltilər seriyasında maksimum diqqətli olmalı idik”


“Penaltilər seriyasında maksimum diqqətli olmalı idik”

“Arsenal” klubunun qapıçısı Kepa Arrisabalaqa İngiltərə Liqa Kubokunun 1/4 final mərhələsində “Kristal Pelas”a qarşı keçirilən oyun barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli qolkiper bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

“Emosional baxımdan diqqətli və güclü olmaq lazımdır. Çünki son dəqiqədə qol buraxdıqdan sonra penaltilər seriyasına keçiləndə 100 faiz konsentrasiya tələb olunur. Kim zərbə vurursa, bütün diqqətini ona yönəltməli və zərbəni dəf etməyə çalışmalısan. Bu, düşüncə tərzinin dəyişməsi idi və nəticə verdi”

O, komandanın istənilən ssenariyə hazır olduğunu da qeyd edib:

“Biz hər şeyə, mümkün olan bütün ssenarilərə hazırıq. Çox güclü rəqibə qarşı oynayırdıq və belə hallar baş verə bilər. Buna görə də bunu əvvəlcədən müzakirə etmişdik. Bizim çox yaxşı qapıçılar qrupumuz var, bir-birimizlə daim ünsiyyətdə oluruq və hər zaman növbəti penaltiyə fokuslanmağa çalışırıq"

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb, penaltilər seriyasında isə “Arsenal” 8:7 hesabı ilə qalib gəlib. “Topçular” 80-ci dəqiqədə rəqibin avtoqolu sayəsində hesabda önə keçsələr də, 90+5-ci dəqiqədə buraxılan qolla üstünlüyü əldən veriblər.







İngiltərə P.L.

“Kay Haverts əla formada geri döndü”
  • İngiltərə P.L.
  • 21:20 14.01.2026
“Kay Haverts əla formada geri döndü”
"Biz bəzi şeylərdə çox yaxşıyıq"
  • İngiltərə P.L.
  • 20:28 14.01.2026
"Biz bəzi şeylərdə çox yaxşıyıq"
"Birlikdə çox gözəl vaxt keçirdik"
  • İngiltərə P.L.
  • 20:09 14.01.2026
"Birlikdə çox gözəl vaxt keçirdik"
"Dünən gecə yata bilmədim"
  • İngiltərə P.L.
  • 22:33 13.01.2026
"Dünən gecə yata bilmədim"
"Pepin bizim üçün taktiki bir şeyi var"
  • İngiltərə P.L.
  • 22:14 13.01.2026
"Pepin bizim üçün taktiki bir şeyi var"