- İngiltərə P.L.
- 23:47 24.12.2025
“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş növbəti Premyer Liqa oyunu, “Nyukasl”a qarşı matçı buraxacaq.
90deqiqe.Az xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorim bildirib ki, Fernandeşin yerinə tam əvəz tapmaq mümkün deyil.
“Bruneni əvəz etmək mümkün deyil. Bu gün səhər komandaya da bunu dedim. Buradan pozitiv bir şey çıxarmağa çalışmalıyıq, əgər mümkündürsə. Çoxları daha çox məsuliyyət götürməlidir. Məsələ yalnız hücum qurmaq deyil. Hər standart vəziyyətdə, Bruno komandaya rəhbərlik edir. O, hər mövqeni anlayır, hər detalı nəzərə alır. Dəyişiklik olduqda isə məhz o digər oyunçulara harada durmalı olduqlarını göstərir”
Qeyd edək ki, “Mançester Yunayted” və “Nyukasl” matçı 26 dekabr, cümə günü keçiriləcək.