21 fevral 2026. Şənbə

“Mançester Siti”nin ulduzu "Şaxta baba" kostyumunda evləri gəzdi - FOTO


“Mançester Siti”nin ulduzu "Şaxta baba" kostyumunda evləri gəzdi  - FOTO

“Mançester Siti”nin hücumçusu Erlinq Haland Mançester şəhərində evləri gəzərək klubun gənc azarkeşlərini qarşıdan gələn bayramlar münasibətilə təbrik edib.

90deqiqe.Az xəbər verir ki, bunu norveçli futbolçu "Şaxta baba" kostyumunda edib. 

 Futbolçu "Şaxta baba" obrazında çəkilmiş fotosunu "X" sosial şəbəkəsindəki hesabında paylaşaraq,  “Biz bir az Milad sevinci bəxş etmək üçün buradayıq”, – sözlərini yazıb.

Forvard anonim qalacağına ümid etsə də, bir çoxları ağ saqqalın arxasında Premyer Liqanın ən məhsuldar bombardirinin təbəssümünü tanıya bilib.

Qeyd edək ki, Erlinq Haland cari mövsümdə “Mançester Siti”nin heyətində İngiltərə Premyer Liqasında 17 oyuna çıxıb, 19 qol vurub və 4 məhsuldar ötürmə edib. Hücumçunun UEFA Çempionlar Liqasının ümumi mərhələsində isə 6 matçda 6 qolu var.







İngiltərə P.L.

Noni Madueke kumirinin adını çəkib
  • İngiltərə P.L.
  • 23:37 20.02.2026
Noni Madueke kumirinin adını çəkib
“Əsas məqsədimiz nəticə qazanmaqdır”
  • İngiltərə P.L.
  • 21:40 20.02.2026
“Əsas məqsədimiz nəticə qazanmaqdır”