- İngiltərə P.L.
- 23:22 25.12.2025
“Mançester Siti”nin hücumçusu Oskar Bobb yanvar ayında komandadan ayrıla bilər.
90deqiqe.Az xəbər verir ki, bu, əgər klub İngiltərənin “Bornmut” komandasında çıxış edən Antuan Semenyo ilə müqavilə imzalasa baş verə bilər. Norveçli futbolçu ciddi şəkildə “Mançester Siti”ni tərk etməyi düşünür.
Son həftələrdə bir neçə klub Bobbla maraqlanıb. Onlardan biri Almaniyanın “Borussiya” Dortmund klubudur. Dortmund təmsilçisi artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.
Cari mövsümdə Bobb bütün turnirlərdə 15 oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubu ilə mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, Bobbun bazar dəyəri 25 milyon avro təşkil edir.