14 may 2026. Cümə axşamı

“Mən yeni de Bryune deyiləm”


“Mən yeni de Bryune deyiləm”

“Mançester Siti”nin yarımmüdafiəçisi Tidjani Reynders Kevin de Bryune ilə müqayisələrə münasibət bildirib.  

90deqiqe.Az xəbər verir ki, "City Report" futbolçunun dediklərini belə çatdırıb.

“Vulverhempton" ilə debütüm zamanı analitiklər məni de Bryune ilə müqayisə etdilər. Bu, mənim üçün böyük komplimentdir, amma mənim rolu və keyfiyyətlərim fərqlidir. “Mançester Siti”yə gəldikdən sonra məni tez-tez Kevinə bənzədilər, amma mən həmişə deyirəm: mən yeni de Bryune deyiləm. Mən çoxistiqamətli yarımmüdafiəçiyəm, amma ən çox özümü 'sayı səkkiz' mövqeyində görürəm – müdafiə ilə hücum arasında boks-to-boks. Mən hücumların qurulmasında və son mərhələsində iştirak etməyi sevirəm.”

Niderlandlı futbolçu ötən yay “Siti”yə keçmiş, həmin vaxt isə de Bryune "Napoli"yə azad agent kimi qoşulmuşdu.

Qeyd edək ki, de Bryune on il boyunca “Mançester Siti”də çıxış edib.







İngiltərə P.L.

 “Arsenal”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 21:37 10.05.2026
“Arsenal”dan çətin qələbə
“Nyukasl” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:40 10.05.2026
“Nyukasl” səfərdə xal itirdi
 “Aston Villa” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:31 10.05.2026
“Aston Villa” səfərdə xal itirdi