- İngiltərə P.L.
- 23:58 26.12.2025
Misirli hücumçu Məhəmməd Salah son vaxtlar yaşanan münaqişəyə baxmayaraq, cari mövsümü “Liverpul”da başa vuracaq.
90deqiqe.Az-ın "The Athletic"ə istinadən məlumatına görə, “qırmızılar” mövsümün ikinci yarısını da futbolçu ilə planlaşdırır. Klub Salahın mövqeyinə yeni oyunçu transfer etməyi düşünmür və təcrübəli hücumçu oyun vaxtı alacaq.
Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildə 42 milyon avro qarşılığında “Roma”dan “Liverpul”a transfer olunub. Onun klubla müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir.
Cari mövsümdə Salah “Liverpul”un heyətində 20 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Premyer Liqanın turnir cədvəlində “Liverpul” 29 xalla 5-ci pillədə qərarlaşıb və lider “Arsenal”dan 10 xal geri qalır.