27 dekabr 2025. Şənbə

“2025-ci il “Liverpul” üçün qarışıq oldu”


“2025-ci il “Liverpul” üçün qarışıq oldu”

“Liverpul”un müdafiəçisi və kapitanı Vircil van Deyk klub üçün 2025-ci ilin yekunlarını şərh edib.

90deqiqe.Az xəbər verir ki, "The Times" niderlandlı futbolçunun dediklərini belə çatdırıb.

“Futbol baxımından bu il, yumşaq desək, qarışıq keçdi. Heyətimizdə çox dəyişiklik oldu – bəziləri getdi, bəziləri gəldi. Düşünürəm ki, hələ stabil performansımızı tam göstərə bilməmişik. Yaxşı oyunlarımız və yadda qalan qələbələrimiz oldu, lakin çətinliklər də yaşandı. Kapitan olaraq inanın ki, bu çətin anları mən də hər kəs qədər dərin hiss edirəm”

Xatırladaq ki, may ayında “Liverpul” 2024/25 mövsümünün İngiltərə çempionu olub, lakin 2025/26 mövsümünə uğurlu start verdikdən sonra klub bir sıra problemlərlə üzləşib. Hazırda Arne Slotun komandası Premyer Liqada 5-ci pillədədir və lider “Arsenal”dan 10 xal geridədir.







İngiltərə P.L.

"Ceykob öz səviyyəsinə qayıdır"
  • İngiltərə P.L.
  • 14:49 26.12.2025
"Ceykob öz səviyyəsinə qayıdır"