- İngiltərə P.L.
- 16:30 27.12.2025
"Koventri Siti" komandası Frank Lempardın rəhbərliyi altında Çempionşipdə "Suonsi Siti" üzərində minimal hesabla qələbə qazanaraq turnir cədvəlində liderliyini möhkəmlədib.
90deqiqe.Az xəbər verir ki, Çempionşip lideri beləliklə, 2008/2009 mövsümündə “Vulverhempton”un əldə etdiyi rekordunu təkrarlayıb.
Həmin mövsümdə “Canavarlar” liqa tarixində ilk klub olmuşdu ki, ilk dövrənin sonunda 50-dən çox xal və 50 qol toplamışdı. Lempardın komandası da indi buna nail olub – aktivində 51 xal və 54 qol var. Bundan əlavə, “Koventri” "Middlsbro" üzərində 8 xallıq üstünlük qazanıb.
Komandanın növbəti oyunu bazar ertəsi günü “İpsviç”lə olacaq.