21 fevral 2026. Şənbə

"Biz şanslı idik"


"Biz şanslı idik"

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim “Nyukasl” üzərində minimal hesablı qələbənin (1:0) müəyyən qədər bəxt amili ilə əldə olunduğunu etiraf edib.

90deqiqe.Az xəbər verir ki, çalışdırıcı bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Deyə bilərik ki, yaxşı müdafiə olunduq, çünki qol buraxmadıq. Amma ‘Nyukasl’ın imkanları var idi. Bəzən sadəcə bəxtimiz gətirdi”.

“Sağsağanlar” ikinci hissədə oyuna nəzarət edib və hesabı bərabərləşdirmək üçün real imkanlar yaradıblar. Lakin “qırmızı şeytanlar” 24-cü dəqiqədə Patrik Dorqunun vurduğu qoldan sonra əldə olunan üstünlüyü qorumağa nail olublar.

Hazırda “Mançester Yunayted” Premyer Liqa turnir cədvəlində 18 oyundan sonra 29 xalla beşinci pillədə qərarlaşıb. “Nyukasl” isə 23 xalla 11-ci yerdədir.







İngiltərə P.L.

Noni Madueke kumirinin adını çəkib
  • İngiltərə P.L.
  • 23:37 20.02.2026
Noni Madueke kumirinin adını çəkib
“Əsas məqsədimiz nəticə qazanmaqdır”
  • İngiltərə P.L.
  • 21:40 20.02.2026
“Əsas məqsədimiz nəticə qazanmaqdır”