- İngiltərə P.L.
- 22:08 27.12.2025
İngiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində “Nottingem Forest” və “Mançester Siti” komandaları arasında keçirilən oyun başa çatıb.
90deqiqe.Az xəbər verir ki, qarşılaşma İngiltərənin Nottingem şəhərində yerləşən “Siti Qraund” stadionunda baş tutub. Matçın baş hakimi Robert Cons olub. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda hesabı 48-ci dəqiqədə “Mançester Siti”nin yarımmüdafiəçisi Teyani Reynders açıb. 54-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Omari Hatçinson tarazlığı bərpa edib. Qarşılaşmanın taleyini isə 83-cü dəqiqədə Rayan Şerki həll edib və “şəhərlilər”i yenidən önə çıxarıb.
Premyer Liqada 18 turdan sonra “Nottingem Forest” 18 xalla 17-ci pillədə qərarlaşıb. “Mançester Siti” isə 40 xalla turnir cədvəlinin lideridir.