7 may 2026. Cümə axşamı

“Arsenal” liderliyi əldən vermir


 “Arsenal” liderliyi əldən vermir

İngiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilən “Arsenal” – “Brayton” oyunu başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma Londondakı “Emirates” stadionunda oynanılıb və meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar. 

Hesabı 14-cü dəqiqədə “Arsenal”ın yarımmüdafiəçisi Martin Edeqor açıb. Daha sonra 52-ci dəqiqədə qonaqların hücumçusu Jorjinyo Rüter öz qapısına qol vuraraq meydan sahiblərinin üstünlüyünü artırıb. 64-cü dəqiqədə “Brayton”un yarımmüdafiəçisi Dieqo Qomes hesabı fərqləndirsə də, bu qol yekun nəticəyə təsir etməyib və matç 2:1 hesabı ilə başa çatıb.

Premyer Liqada 18 turdan sonra “Arsenal” 42 xalla turnir cədvəlinin lideridir. “Brayton end Houv Albion” isə 24 xalla 12-ci pillədədir.

Növbəti turda “Arsenal” 30 dekabr tarixində öz meydanında “Aston Villa” ilə qarşılaşacaq, eyni gündə “Brayton” isə səfərdə “Vest Hem”lə üz-üzə gələcək.







İngiltərə P.L.