13 fevral 2026. Cümə

“Liverpul” evdə “Vulverhempton”u məğlub etdi


 “Liverpul” evdə “Vulverhempton”u məğlub etdi

İngiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində “Liverpul” və “Vulverhempton” komandaları arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma Liverpuldakı “Enfild” stadionunda baş tutub. Oyunda meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.

Hesabı 41-ci dəqiqədə “Liverpul”un yarımmüdafiəçisi Rayan Qravenberx açıb. Bir dəqiqə sonra, 42-ci dəqiqədə, həmkarı Florian Virts ikinci qolu vuraraq komandasını irəli çıxarıb. İkinci hissədə, 52-ci dəqiqədə, qonaqların müdafiəçisi Santyago Bueno hesabı fərqləndirib.

Premyer Liqada 18 turdan sonra “Liverpul” 32 xalla 4-cü pillədədir. Komanda lider “Arsenal”dan 10 xal geri qalır. “Vulverhempton” isə 2 xalla turnir cədvəlində sonuncu, 20-ci yerdədir.







İngiltərə P.L.

“Liverpul”a bir qol bəs etdi
  • İngiltərə P.L.
  • 02:14 12.02.2026
“Liverpul”a bir qol bəs etdi
“Aston Villa” 3 xalı tək qolla qazandı
  • İngiltərə P.L.
  • 01:39 12.02.2026
“Aston Villa” 3 xalı tək qolla qazandı